Müstəqil Azərbaycan dövlətinin tarixində Heydər Əliyev şəxsiyyətinin rolu - Şərifova Arzu  yazır
10-05-2021, 21:02
220

Müstəqil Azərbaycan dövlətinin tarixində Heydər Əliyev şəxsiyyətinin rolu - Şərifova Arzu yazır

1923-cü il 10 mayda Əliyevlər ailəsində bir oglan uşagı dünyaya göz açdı. Bahar günündə dünyaya gəlmiş bu bahar oglu sanki gəlişi ilə dogma vətənə Azərbaycana  bahar gətirdi. Adını Heydər qoydular. Adının mənasında oldugu kimi igid, mərd, cəsur xüsusiyyətlərinə malik olan bu uşaq kim bilirdiki, gün gələcək azad, müstəqil və inkişafetmiş dövlətin qurucusu olacaq.. Saf  və xeyirxah  əməli ilə hər zaman öz vətəninin qədrini bilən, xalqının, millətinin həyatını hər şeydən üstün tutan ulu tanrının bəxş etdiyi bir Şəxsiyyətdir Heydər Əliyev!

20ci əsrin ikinci yarısı 21 ci əsrin əvvəli Azərbaycan tarixinə Heydər Əliyev epoxası kimi daxil olub. Ölkənin ən mürəkkəb, gərgin vəziyyətində xalqına dayaq olan, liderliyi ilə çıxış yolu tapa bilən, insanların həm bugünkü, həmdə gələcək xoşbəxtliyini təmin edən dahi insan - Heydər Əliyev Azərbaycan xalqının son qərinəsində xalqımızın həyatının bütün sahələrində nail oıdugu bütün ugurlar Heydər Əliyevin adı ilə baglıdır. Dagılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi də məhz bu dahi şəxs təlatümlər burulganından xilas edərək ictimai-siyasi sabitlik yaratmış və Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxarmışdır.

Hər dəfə ümummilli liderimiz Heydər Əliyev və onun tarixdəki yeri baradə düşünərkən anlayırıq ki, Azərbaycan dövləti öz taleyini etibarlı əllərə tapşırmışdır. Heydər Əliyev Tanrının hər xalqa min ildə yalnız bir dəfə bəxş etdiyi nadir şəxsiyyətlərdəndir.Ulu öndər arzularında yaşatdıgı Azərbaycanı hələ Respublikaya birinci rəhbərliyi dönəmindən qurmaga başlamış, Azərbaycan dövlətinin rəhbəri kimi işə başladıgı ilk illərindən bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. Respublika rəhbərlik missiyasını üzərinə götürdüyü ilk günlərdən Azərbaycan elminin, mədəniyyətinin, iqtisa- diyyatının inkişafı üçün son dərəcə əhəmiyyətli qərarlar qəbul etmişdi.

Ulu öndərimizin rəhbərliyi ilə dövlətimizin hüquqi və siyasi suverenliyinin təminatı prosesi surətləndi.Demokratik islahatlar geniş vüsət aldı.Azərbaycan dövləti Avropa ailəsinin tam hüquqlu bir üzvünə çevrildi. Heydər Əliyevin müəllifliyi ilə reallaşan Bakı-Tblisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsi bugün qlobal proseslərin ən əhəmiyyətli tərəflərindən biri kimi Azərbaycanın dünya üçün əhəmiyyətini dahada artırır. Ulu öndərimizin davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqaz regionun ən güclü dövlətinə çevirmiş, ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada yüksək göstəricilərə sahib olmuşdur. Bütün bu nailiyyətlər isə hələ saglıgında özünə müstəqil Azərbaycan dövləti kimi əzəmətli əbədi bir abidə ucaltmış Heydər Əliyev siyasətinin təntənəsidir.

Zirvələri fəth etmiş şəxsiyyət haqqında fikir bildirməyə nə vərəqlər bəs edir ,nədə sözlər. Amma həyatda hər şey bir sonluqla bitir.Yalnız yaşayan əbədi məhəbbətdir. Heydər Əliyev məhəbbətidə əbədi yaşayacaq! Hər bir azərbaycanlı vətəndaşına Heydər Əliyev kimi mərd və şərəfli bir yol keçməyi arzu edirəm!

Şərifova Arzu 
Sumqayit şəhər 33 saylı tam  orta məktəbin ibtidai sinif müəlliməsi 
2 0

Oxşar xəbərlər