Dahi şəxsiyyət - Heydər Əliyev - Hüsniyyə Əmrahova yazır
11-05-2021, 17:21
319

Dahi şəxsiyyət - Heydər Əliyev - Hüsniyyə Əmrahova yazır

Azərbaycan xalqının dahi oğlu, görkəmli şəxsiyyət, ümummilli lider və dünya səviyyəli siyasi xadim Heydər Əliyev qədim dövlətçilik tariximizdə yeni, ən parlaq səhifə açan nadir şəxsiyyət idi. Dünyada siyasətçilər çox olub, lakin ölkəsinin taleyini həll edən, ölkəsinə azadlıq bəxş edən, xalqı ilə yaşayan ölkəsinin tarixini qızıl hərflərlə yazan, dünya tarixində əbədi iz qoyan Heydər Əliyev hər dahi şəxsiyyətin qismətinə düşməyən müstəsna bir taleyə sahib idi. O, demək olar ki, bütün həyatını müstəqil Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmişdir. Onun fəaliyyəti öz miqyası və əhəmiyyəti etibari ilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxmışdır. Dünya miqyasında ən nüfuzlu dövlət xadimləri onu Azərbaycan və böyük türk dünyasının nüfuzlu, dahi oğlu kimi tanımış və dünya liderləri sırasında layiqli yerini tutmuşdur. Heydər Əliyev Azərbaycan xalqının uşaqdan böyüyə hamının sevimlisi, yaradıcısı, qurucusu və ən əsas da xalqın xilaskarı kimi qəlblərdə əbədi məhəbbət taxtı qurmuşdu.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olan yüksəlişlər, təhsildə, səhiyyədə, kənd təsərrüfatında, mədəniyyətdə və demək olar ki, bütün sahələrdə gedən sürətli inkişaf onun bizim üçün hazırladığı əbədi azadlıq, günəşli gəlcəkdən xəbər verirdi. Onun verdiyi cəsarətli qərarlar, milli özünüdərkin inkişafı, milli ruhun hədsiz yüksəlməsi Azərbaycançılıq siyasəti idi. Bu gün var olan, dünyaya meydan oxuyan Azərbaycanın təməl daşları məhz Ulu Öndərin sayəsində hələ illər öncə atılmışdır. Onun siyasəti və dahi liderlik bacarığı Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olmuşdur. Qadınlara, usaqlara və yaşlılara xüsusi qayğı göstərən Ulu Öndər 1998-ci ildə “Azərbaycanda qadınları rolunun artırılması haqqında” fərman imzalamışdır. Bu fərman sayəsində ölkəmizdə qadınların fəaliyyəti yüksəlmişdir. Hamıya məlumdur ki, Azərbaycana həmin vaxt rəhbərlik etmək sözün əsl mənasında böyük məsuliyyət və çətin iş idi. Yalnız Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi, elə də oldu. Onunla xalq arasında xüsusi bir sevgi, ilahi bir bağ var idi. Xalq ona arxalandığı kimi oda xalqını sevir, Azərbaycançılığın, milli dəyərlərin inkişafına nail olmaq üçün çalışırdı. Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri xüsusi qeyd etməliyik. Məhz Heydər Əliyev Azərbaycanda güclü, yenilməz ordunun quruculuğunu öz dövründə inkişaf etdirmişdir. Dünyanın dahi liderləri siyahısına daxil olan əsl natiq, xalqının xilaskar oğlu Heydər Əliyevə dünya həsəd aparırdı və bu təsadüfi deyildi.
Bu gün bir müəllimə kimi sevinclə, fəxrlə deyə bilərəm ki, biz artıq Qarabağlı, Şuşalı bütöv Azərbaycanın vətəndaşlarıyıq. Bu gün hamımız ordumuzla fəxr edir, baş tacımız olan şəhidlərimizi hörmətlə yad edir, vətən uğrunda canını verən qazilərimizlə qürur duyuruq. Bu gün tam azadlığına qovuşan Azərbaycanın dahi şəxsiyyətin oğluna məhz İlham Əliyevə, onun apardığı Azərbaycançılıq siyasətinə ehtiyacı var. Qarabağlı, Şuşalı Azərbaycanın yeni azadlıq salnaməsi əbədi və əzəli olacaqdır.
Bu gün xalq olaraq Dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevi dərin hörmətlə anırıq. Məkanınız cənnət olsun.         
 
 
Hüsniyyə Əmrahova,
Salyan şəhəri Uşaq Gənclər İnkişaf Mərkəzinin ingilis dili müəllimi.
21 0

Oxşar xəbərlər