Müstəqil Azərbaycan dövlətinin tarixində Heydər Əliyev şəxsiyyətinin rolu - Elnarə Ələkbərova yazır
12-05-2021, 23:54
1 139

Müstəqil Azərbaycan dövlətinin tarixində Heydər Əliyev şəxsiyyətinin rolu - Elnarə Ələkbərova yazır

Tarixin səhifələrini vərəqləyərkən görürsənki, dünyada mövcud olan xalqlar və millətlər müəyyən mərhələlərdə " nə etməli" sualı qarşısında aciz qalırlar. Bu yerdə yalnız zəka ,ağıl iradə uzaqgörənlik rol oynayır. Elə o zaman ortaya "tarixi şəxsiyyət"çıxır və mənsub olduğu xalqın problemlərini həll etmək üçün meydana atılır. 

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu ,dünya şöhrətli siyasi xadim,türk dünyasının böyük oğlu, Ümummilli lider Heydər Əliyev bütün həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın çiçəklənməsinə həsr etmişdir. Azərbaycanın bu günkü inkişaf yolunun əsas istiqamətlərindən danişarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş Azərbaycanın müstəqilliliyinə, əbədililiyinə bütün varlığı ilə bu dövlətin ideya əsaslarını ,strateji inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki,o,başladığı işinin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi.
Azərbaycan tarixinin son qərinəsində xalqımız həyatın bütün sahələrində nail olduğu uğurlar Heydər Əliyevin adı ilə bağlıdır.Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi də məhz bu dahi şəxsiyyət xilas edərək ,ictimai-siyasi sabitlik yaratmış və Azərbaycanı hər tərəfli inkişaf yoluna çıxartmışdır. Bir sözlə,keçdiyimiz qısa tarixi dövr sübut edir ki,Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər bəhrəsini  verir və vaxtı ilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək  problemlərinin həllinə müstəqilliyimizin möhkəmləndirilməsinə , dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir. Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf yolu ondan sonrakı illərdə ulu öndərin ən sadiq davamçısı Ali baş komandan ,Prezidentimiz İlgam Əliyev tərəfindən yeni ideyalarla zənginləşdirilmiş və böyük bacarıqla tətbiq edilmişdir. Prezident İlham Əliyev bu müdrik insanın ideyalarını rəhbər tutaraq ölkəyə rəhbərlik etdiyi dövr ərzində çiçəklənən müstəqil Azərbaycanı bütövləşdirib işğaldan azad edərək xalqına və Ulu öndərə verdiyi sözü tutdu. Ulu öndər kəlamlarının birində demişdir "Mən fəxr edirəmki Azərbaycanlıyam" bu gözəl ,günü-gündən çiçəklənən müstəqil Azərbaycanın xoşbəxt günlərinin şahidiyəm.
Bir müəllim kimi qeyd etmək istəyirəm ki,öz adını qızıl hərflərlə tarixə yazan Heydər Əliyev və onun bariz nümunəsi Prezidentimiz İlham Əliyev haqqında tarixi salnaməni gələcək nəsillərə ötürüb bu tarixi unutmamaq və unutdurmamaq lazımdır.   

Elnarə Ələkbərova,
Hacıqabul şəhər 8 sayli humanitar fənlər təmayûllü məktəb liseyin ibtidai sinif müəllimi 
25 1

Oxşar xəbərlər