"Təhsil Forumu - 2021" qrupunun 2 yaşı tamam oldu - Müsahibə
13-05-2021, 09:17
544

"Təhsil Forumu - 2021" qrupunun 2 yaşı tamam oldu - Müsahibə

Müsahibimiz "Təhsil Forumu - 2021" qrupunun rəhbəri Emil Tağızadədir.

- Emil bəy, dünən "Təhsil Forumu - 2021" Facebook qrupunun fəaliyyətə başlamasının 2 ili tamam oldu. İlk öncə bu münasibətlə "Xeber Media Group" şirkəti və TehsilXeber.com saytı adından sizi və qrupun bütün adminlərini təbrik edirik, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.
- Minnətdaram, biz də öz adımızdan və "Təhsil Forumu - 2021" qrupu adından sizlərə hər zaman qrupumuza bir media kimi dəstək olduğunuz üçün təşəkkür edirik.

- Necə oldu ki, "Təhsil Forumu - 2021" qrupu yarandı və bu hansı zəruriyyətdən doğdu?
-  İlk öncə onu deyim ki, 2018-ci illərin noyabr - dekabr aylarında Eltac Mirzəzadə və Selin Sultan adlı Facebook profilləri ilə tanışlığımız əsasında whatsapp üzərində MİQ imtahanına hazırlaşanlara konspekt formasında hazır vəsaitlərin rahat şəkildə çatdırılması üçün hər fənn üzrə qruplar təşkil etdik. Sonra bizə müraciət edənlərin sayı çoxaldıqca biz düşündük ki, Facebook üzərindən qrup açaq və bu qrup ilə bütün vəsaitləri ictimaiyyətə rahat çatdıra bilək. Və biz bunu etdik. Bunu etdikdən sonra qrupa daha çox kütlənin axınını gördük. Bu dəfə qrupu tək vəsaitlər üçün deyil, tənqid və təkliflər üçün də açıq elan etdik. Bu minvalla kütlə sayı çoxaldı. Sonralar "Xeber Media GROUP" Şirkəti ilə əməkdaşlıq edərək, bir çox layihələr həyata keçirdik və insanların rəğbətini qazandıq. Hal hazırda qrup həm Təhsil Nazirliyi, həm də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən dəstəklənir və onlar ilə birlikdə öz səylərini göstərir.

- Qrup izləyicilərin sayı 90 minə yaxınlaşır. Bu isə az rəqəm deyil. Pedaqoqlar nədən bu qrupla əməkdaşlığa bu qədər üstünlük verir?
- Bayaq da dediyim kimi bir çox layihələr həyata keçirdik. Adlarını açıqlaya bilərəm:
Təhsil Forumu - 2021 qrupunun bu günə qədər təşkil etdiyi layihələr:
Tanıyaq və Tanıdaq - 3895 müəllim iştirak edib;
Məktəbim - 862 məktəb iştirak edib;
Şagirdim - 108 şagird iştirak edib;
Sinif yoldaşım - 212 müəllim, 91 şagird və 33 tələbə iştirak edib;
Fəal müəllim - 186 müəllim iştirak edib;
Müəllimin töhfəsi - 46 müəllim iştirak edib;
Məktəbimiz bu gün - 374 direktor və 171 direktor müavini iştirak edib;
Valideynin təhsildə rolu - 82 valideyn iştirak edib;
Şer müsabiqəsi - 59 müəllim və 96 şagird iştirak edib;
Rəsm müsabiqəsi - 61 müəllim və 133 şagird iştirak edib;
Fəal direktor - 123 direktor və 18 direktor əvəzi iştirak edib;
Əsgərə salam - 248 müəllim, 341 şagird və 108 adi vətəndaş iştirak edib;
Pozitiv müəllimlər - 386 müəllim iştirak edib;
Məktəbimizin tarixi - 44 məktəb iştirak edib;
Bələdçi müəllim - 52 müəllim iştirak edib.

Bu layihələrin həyata keçirilməsi nəticəsində 90 minə yaxın kütlənin diqqətini çəkməyə nail olmuşuq ki, bu gün hal hazırda qrup tez bir zamanda yəni 2 il ərzində Təhsil sahəsində ən çox izləyici sayı olan və ictimaiyyətə hər zaman açıq olan qrupa çevrilib.

- Rəhbərlik etdiyiniz qrupunu digər təhsil qruplarından fərqləndirən nədir?
- "Təhsil Forumu - 2021" qrupunun digər təhsil qruplarından fərqi - ən başlıcası tənqidə tam olaraq açıq qrupdu. Digər fərqləri də vardır ki, bu qrupun özünə məxsus layihələri, atdığı addımlar və  daxil olan müraciətlərin araşdırılması üçün aidiyyəti qrumlar ilə əməkdaşlıq etməsidir.

- Qrupda neçə admin və madiator fəaliyyət göstərir?
-  3 admin və 10 moderator. Hər birinin özünəməxsus fəaliyyəti var.

- Admin və madiatorlar əldə etdikləri məlumatları qrupda paylaşmaqda sərbəstdir, yoxsa hər hansı meyar müəyyənləşdirmisiz?
- Hər birinin öz fəaliyyəti var. Məsələn biri xəbərlər paylaşım edir, biri məntiqi mövzular, digəri aktual mövzular və s.

- Qrupunuzla əsasən hansı təhsil müəssələri daha çox əməkdaşlıq edir?
-  Ən əsası Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik, daha sonra isə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və bir neçə Tədris Mərkəzi ilə əməkdaşlıq edirik.

- Qarşıda hansı planlarınız var və qrupunuzun inkışafı üçün nə düşünürsüz?
- Planlarımız ancaq bir məqsədə yönəlib, yalnız və yalnız təhsilin inkişafı üçün çalışmaq və yeni layihələr üzərində işləmək.
9 0

Oxşar xəbərlər