Məktəblərdə bu yenilik olacaq - QƏRAR VERİLDİ - VİDEO
23-05-2021, 10:06
1 235

Məktəblərdə bu yenilik olacaq - QƏRAR VERİLDİ - VİDEO

Paytaxtdakı bir sıra məktəblərdə günüuzadılmış qruplar mövcuddur. Müasir təhsil sisteminə uyğunlaşdırmaq məqsədilə həmin qrupların təşkili qaydası təsdiqlənib.
 
Sözügedən qruplara şagirdlərin qəbulu və xaric edilməsi valideynin ərizəsi əsasında direktorun əmri ilə həyata keçirilir. Bu qruplara qoşulmaq tam ödənişsizdir.
 
Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydası təsdiq edilib.
 
Təhsil Nazirliyinin sektor müdiri Firidun Həmzəyevin sözlərinə görə hazırda paytaxtın əksər məktəblərində belə qruplar mövcuddur. Onların təşkili qaydasının təsdiqlənməsi müasir təhsil sistemi və qanunvericiliyinə uyğunlaşdırmaq məqsədi daşıyır. Firudun Həmzəyev bildirib ki, şagirdin qrupa qəbulu və xaric edilməsi məcburi deyil, valideynin ərizəsi əsasında direktorun əmri ilə həyata keçirilir. Qrupda eyni və ya paralael siniflərin şagirdləri yer ala bilərlər.
 
Günüuzadılmış qrupların yaradılmasında əsas məqsəd hər iki valideyni çalışan aşağı sinif şagirdlərini dərsdən sonra nəzarət altında saxlamaq, asudə vaxtlarını səmərəli təşkil etmək, ev tapşırıqlarının hazırlanmasına istiqamət vermək, eləcə də qrup şəklində idman məşğələləri və öyrədici oyunları təşviq etməkdir. Qruplar məktəbdəki növbəlilikdən asılı olaraq dərsdən sonrakı və ya əvvəlki vaxtlarda fəaliyyət göstərir.
 
Firidun Həmzəyev əlavə edib ki, bu qruplara qatılmaq tamamilə ödənişsizdir.


3 0

Oxşar xəbərlər