Nümunəvi Məktəb - Bakı şəhəri Fizuli Gözəlov adına 124 nömrəli tam orta məktəb
23-05-2021, 21:57
149

Nümunəvi Məktəb - Bakı şəhəri Fizuli Gözəlov adına 124 nömrəli tam orta məktəb

Bakı şəhəri Fizuli Gözəlov adına 124 nömrəli tam orta məktəb Bakı şəhəri Xəzər rayonunda yerləşir.

Məktəb 1920-ci ildə N.Məmmədov küçəsi 1ünvanında birtipli, 520 yerlik binaya köçürülmüşdür.

1989-ci ildə məktəb orta məktəbə çevrilmişdir və 2014-cü il 15 sentyabrda isə həmin ünvanda fərdi layihə ilə tikilmiş analoqu olmayan binada fəaliyyətini davam etdirməyə başlamışdır.

Məktəb binası 1560 yerlik olub,dörd mərtəbəli,dörd korpusdan ibarətdir. Məktəbdə 63 müəllim çalışır.

Hal-hazırda məktəbdə 1005 nəfər şagird təhsil alır. Məktəbi bitirən məzunlardan hər il 40-50% ali məktəblərə daxil olur.

Məktəb şagirdləri və müəllimləri müxtəlif müsabiqə və yarışlarda fəallıq göstərir.




4 0

Oxşar xəbərlər