11 universitet üçün İT təlimləri başa çatıb
24-05-2021, 14:12
62

11 universitet üçün İT təlimləri başa çatıb

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH mərkəzinin təşəbbüsü ilə martın 1-dən başlayan İT (informasiya texnologiyaları) təlimlərinin bağlanış mərasimi keçirilib.
 
Rektor Vilayət Vəliyev bildirib ki, 11 ali təhsil müəssisəsində təhsil alan SABAH qrupları tələbələri üçün təşkil olunan təlimlər iki ay davam edib və uğurla başa çatıb.
 
Qeyd olunub ki, İT təlimləri 5 fərqli istiqamətdə keçirilib. Təlimçilər müxtəlif müəssisələrdə və şirkətlərdə çalışan AzTU SABAH məzunlarından və müəllimlərindən təşkil olunub.
 
Təhsil Nazirliyi SABAH qrupları İcra Komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev təlimin keçirilməsini yüksək qiymətləndirib. O, gələcəkdə SABAH qrupları üzrə digər ixtisaslarda da belə təlimlərin təşkilini tövsiyə edib. Görüşdə Təhsil Nazirliyi SABAH qrupları İcra Komitəsi rəhbərinin tələbələrlə iş üzrə müavini Sevinc Əliyeva və AzTU SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova da iştirak edib.
 
Qeyd edək ki, İT təlimlərinə 200 tələbə qatılıb. Təlimi uğurla bitirən 56 tələbə sertifikat, təlimçilər isə təşəkkürnamə ilə təltif olunub.
0 0

Oxşar xəbərlər