Azərbaycan-Türkiyə münasibətləri və Türkiyənin bölgədəki fəaliyyəti
24-05-2021, 14:49
50

Azərbaycan-Türkiyə münasibətləri və Türkiyənin bölgədəki fəaliyyəti

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. 

Ulu öndər Heydər Əliyevin bir millət iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmışdır. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Azərbaycan-Türkiyə əlaqələri eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.     

Tarixən olduğu kimi 44 günlük vətən müharibəmizdə də Türkiyə bizim yanımızda olmuşdur. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyə prezidenti R. T. Ərdoğanın elə ilk gündən “Azərbaycanın haqq yolunda daim yanındayıq” sözləri bizi daha da qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək işğal altındakı torpaqlarımızı işğaldan azad etdik. “Azərbaycan xalqı bu dəstəyi çox yüksək qiymətləndirir” -deyə prezident İlham Əliyev öz çıxışında demişdir.    

Azərbaycan-Türkiyə hərbiçiləri Azadlıq meydanında Zəfər paradında birlikdə iştirak etdilər. Prezidentimiz İlham Əliyevlə birlikdə Türkiyə prezidenti R. T. Ərdoğan da paradda iştirak etmişdir. Bu tarixi gündə Azərbaycan xalqı da Türkiyə və Azərbaycan bayraqları ilə öz dəstəklərini nümayiş etdirirdilər.    

44 gün ərzində “Dəmir yumruq” kimi birləşən xalqımızın böyük iradəsiylə, böyük vətən həsrəti çəkmiş hərbiçilərimizin gücü, qüvvəti, əzimkarlığı sayəsində, texnikamızın müasir texnoloji standartlara tam uyğun olması və prezidentimizin başçılığı ilə bütün dünyada düzgün siyasətin aparılması sayəsində ordumuz böyük qələbə qazandı.   

10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra, bəyanatın bir bəndinə uyğun olaraq Türkiyə hərbiçiləri işğaldan azad olunmuş ərazilərimizə daxil olaraq Rusiya ilə birlikdə buradakı sülh və atəşkəsin qorunması üçün öz fəaliyyətlərini göstərəcəklər. Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında Strateji Müttəfiqlik və Qarşılıqlı Yardım Anlaşması” çərçivəsində ölkəmizin üzərinə götürdüyü öhdəliklərini, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsiplərinə uyğun olduğu, xüsusilə milli maraqlarımız baxımından çox vacib qiymətləndirilir.  
Sonda prezident İlham Əliyevin dediyi kimi: “Yaşasın Azərbaycan-Türkiyə dostluğu və yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”  

Mətanət Həsənli
Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbin tarix müəllimi  
0 0

Oxşar xəbərlər