“Fizika və astronomiyanın problemləri”
24-05-2021, 15:05
39

“Fizika və astronomiyanın problemləri”

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin Fizika fakültəsinin təşkilatçılığı ilə gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” 21-ci Respublika elmi konfransı keçirilib.
 
Plenar iclasda BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov BDU-da son dövrlərdə aparılan elmi-tədqiqat işlərinin müasir çağırışlara cavab verəcək səviyyədə qurulması üçün görülən işlərdən, gənc tədqiqatçılar üçün yaradılmış yeni tədqiqat mərkəzlərindən bəhs edib, Universitetin beynəlxalq əlaqələrinin genişlənməsi, alimlərimizin nüfuzlu elmi jurnallarda dərc olunan məqalələrinin sayının artması, BDU-nun reytinqinin yüksəlməsi sahəsində görülən işlər barədə məlumat verib.
 
Konfransda BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitunun əməkdaşı Sara Rəhimzadə “L-VALYL-L triptofan dipeptidin quruluş tədqiqatları”, Fizika fakültəsinin Nəzəri fizika kafedrasının doktorantı Emiliya Ömərova “Higgs bozon decays into a chargino pair”, Nanoaraşdırmalar mərkəzinin əməkdaşı Orxan Güləhmədov “Külək enerjisi əsasında triboelektrik generatorlar” mövzularında məruzələrlə çıxış ediblər.
 
Konfrans işini 5 bölmə iclasında davam etdirib, ümumilikdə 76 elmi məruzə dinlənilib.






0 0

Oxşar xəbərlər