"ARTİ Tədqiqat Mentorluq Proqramı"nın müsahibə mərhələsinə start verilib
24-05-2021, 15:08
83

"ARTİ Tədqiqat Mentorluq Proqramı"nın müsahibə mərhələsinə start verilib

Azərbaycan Respublikasının Təhsil İnstitutu "ARTİ Tədqiqat Mentorluq Proqramı"nın müsahibə mərhələsinə start verib. 6 ay (İyun-dekabr, 2021-ci il) davam etməsi nəzərdə tutulan Tədqiqat Mentorluq Proqramı üçün tədqiqat mentorları və mentiləri (mentorun tələbəsi) olmaq istəyən şəxslərin müraciətləri qəbul edilib.
 
Nəzərinizə çatdıraq ki, mentorluq üçün müraciət edən namizədlərin müsahibə mərhələsi 24 may tarixindən etibarən başlayıb. Menti olmaq istəyənlərlə növbəti həftə ərzində müsahibələr keçiriləcək.
 
Proqrama müraciət edən namizədlərlə bağlı ətraflı məlumat aşağıdakı infoqrafikada əks olunub.
 
Qeyd edək ki, mövcud tədqiqat potensialının gücləndirilməsi və ölkədə keyfiyyətli tədqiqatların sayının artırılması məqsədilə həyata keçirilən mentorluq proqramının iştirakçıları olaraq mentorlar və mentilər ARTİ-də həyata keçirilən tədqiqat proseslərində aktiv olaraq iştirak edəcək və proses müddətində elmi ədəbiyyatların nəzərdən keçirilməsi, dataların (məlumatların) toplanılması və təhlili, araşdırma hesabatının hazırlanması kimi fəaliyyətlərdə mütəmadi olaraq rol alacaqlar.






0 0

Oxşar xəbərlər