Məktəb pisxoloqları bu vəzifələri yerinə yetirməlidir
24-05-2021, 15:16
97

Məktəb pisxoloqları bu vəzifələri yerinə yetirməlidir

Məktəb psixoloqlarının başlıca vəzifələri psixoprofilaktik və psixodiaqnostik iş prosesində təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir.

Məktəb psixoloqu uşaqların məktəbə psixoloji cəhətdən hazırlığını diaqnostika edərək, onların birinci sinfə qəbul edilməsində iştirak edir. O, şagirdlərin yaş və inkişaf səviyyələrini müəyyənləşdirərək onları ibtidai təhsil pilləsindən ümumi orta, tam orta təhsil pillələrinə və peşə məktəblərinə keçərkən psixoloji müayinə etməli, müəllim, valideyn və ustalarla birlikdə uşaqlarla fərdi iş proqramını işləyib hazırlamalıdır.

Psixodiaqnostik iş zamanı psixoloq psixi cəhətdən inkişaf edən uşaqları, effektiv-emosional pozuntulara və pis davranışa meyilli olan uşaqları, habelə ümumi və xüsusi istedadlı uşaqları üzə çıxarmalıdır. Alkoqolizmin, narkomaniyanın, cəmiyyətə zidd davranış formalarının qarşısını almaq üçün yeniyetmələrlə, onların valideynləri və müəllimləri ilə profilaktik iş aparmalıdır.

Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı məktəbin müdiriyyətinə, müəllimlərinə, valideynlərə və tərbiyəçilərə məsləhətlər verir; təlim, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı uşaqlara məsləhətlər verir.
Pedaqoji şuranın iclaslarında, metodbirləşmələrdə, ümumməktəb və valideyn yığıncaqlarında iştirak edir.
0 0

Oxşar xəbərlər