Qalib olan pedaqoqlara mukafatlar təqdim edildi - FOTO
1-06-2021, 09:48
170

Qalib olan pedaqoqlara mukafatlar təqdim edildi - FOTO

28 may Respublika Günü münasibəti Təhsil Forumu - 2021 qrupu "Xeber Media Group" Şirkəti ilə birgə təşkil etdiyi monitorinqin nəticəsinə görə mukafatlandırılmış üç laureanta "İstiqlal" Media Mutafatı ilə təltif edildilər. 

Təhsil Forumu - 2021 qrupu "Xeber Media Group" Şirkəti ilə birgə təşkil etdiyi " 28 may Respublika Günü " münasibəti ilə  təhsil müəssisələrində keçiriləcək tədbirlərə həsr olunmuş müsabiqədə, Təhsil Forumu - 2021 qrupunda paylaşılan 3 ən maraqlı videoçarx monitorinq qrupu tərəfindən müəyyənləşdirilmişdir.
Monitorinq qrupunun qərarı ilə Şəmkir rayon Kür qəsəbə 2 saylı tam orta məktəbin direktoru Ruhiyye Refiyeva, Yevlax rayon Tanrıqulular kənd tam orta məktəbin müəllimi Lale Memmedova və Yevlax şəhər 4 saylı tam orta məktəbin müəllimi Zerife Yusifova  "Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü il dönümünə həsr edilmiş ən yaxşı məktəb tədbiri təşkil etdiyinə görə " İstiqlal " Media Mükafatı ilə təltif edildi.
"Xeber Media Group" Şirkətinin və Təhsil Forumu - 2021 qrupunun rəhbərliyi tərəfindən hər üç laureanta layiq görüldükləri mukafat təqdim edildib.
Hər üç mukafatçını TehsilXeber.com saytı adından təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!


 
0 0

Oxşar xəbərlər