Kənd məktəbində təlim və tədris işi yüksək səviyyədə qurulub
2-06-2021, 14:14
320

Kənd məktəbində təlim və tədris işi yüksək səviyyədə qurulub

Tovuz rayon Hacallı kənd tam orta məktəbi nümunəvi təhsil ocaqlarındandı.

Milli Qəhraman Rzayev Qara Qasım oğlunun adını daşıyan Tovuz rayon Hacallı kənd tam orta məktəbi 1932-ildən faliyyət göstərir. 2007-ci ildə  məktəbin yeni 2 mərtəbəli 360 sagird yerlik müasir binası tikilib.
Məktəbin direktoru Rüstəmova Mehriban Faxrəddin qızı bizimlə söhbət zamanı bildirdiki:
"Hazırda məktəbimizdə 465 şagird təhsil alır ki, onlarn da təlim-tərbiyyəsi ilə 44 pedaqojı heyət məşğul olur. Müəllimlərimizin çox hissəsi ali təhsillidir. 30 ilə yaxın düsmən mövqeyləri ilə üz-üzə dayanan məktəbimizdə şagirdlər arasında yüksək vətənpərvərlik hissləri aşılanır. Məktəbimiz bütün fənn olimpiya yarışlarında iştirak edirlər. Ötən tədris ilində məktəbimizin  8 məzunu ali təhsil ocaqlarına qəbul olub. Məktəbin kitabxanası, müasir labarotorıyası, komuter otaqları, şahmat klubu şagirdlərimizin istifadəsindədi. Məktəbin yüksək səviyyəli, müasir tədris proqramı ilə işləməyi bacaran müəllimlərimizdən Məmmədova Ramidə İmran qızının, Qasımova Zülfüyə Fəxrəddin qızının, Rzayeva Turanə Vidadi qızının, Sadıqova Xəyaĺə Zirəddin qızının, Sadıqova Aytən Arif qızının adlarını qeyd etmək olar. Məktəbimizin şagirdəlindən ikisi -  Nurlan və Nuray Hüseynovalar  2-ci Qarabağ müharibəsinin şəhidi çavuş Hüseynov Anar Hüseyn oğlunun övladlarıdı. Biz məktəb kollektivi ilə birlikdə vaxtaşırı şəhid ailələrini zayarət edirik. Biz bunu özümüzü müqəddəs borc bilirikik. Çünki zəfər sevincimizə görə biz şəhidlərimizin qanına borcluyuq."
TehsilXeber.com saytı olaraq Milli Qəhraman Rzayev Qara Qasım oğlunun adını daşıyan Tovuz rayon Hacallı kənd tam orta məktəbinin zəhmətkeş pedaqoji kollektivinə gələcək fəaliyyətlərində, eləcə də bu ilki məzunlara qəbul imtahanlarında uğurlar arzu edirik. 



















0 0

Oxşar xəbərlər