Ağdam köçkün orta məktəbində təhsilin keyfiyyəti yüksələn xəttlə inkışaf edir
13-06-2021, 15:33
166

Ağdam köçkün orta məktəbində təhsilin keyfiyyəti yüksələn xəttlə inkışaf edir

TehsilXeber.com-un verdiyi xəbərə görə Mingəçevir şəhərində yerləşən Ağdam rayon 47 saylı köçkün tam orta məktəbi rayonun nümunəvi təhsil ocaqlarındandı.

Təhsildə keyfiyyətin artırılması, təlim-tərbiyyəni günün tələbləri səviyyəsində qurulması hər tədris müəssisəsinin ali vəzifəsidir. Ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti məktəb direktorlarından çox asılıdır. Direktor təhsil sahəsini nə qədər mükəmməl bilərsə və bu sahədə onun pedaqoji təcrübəsi, yüksək təşkilatçılıq qabiliyyəti olarsa, təhsil müəssisəsində bir o qədər nizam-intizam və bilikli şagirdlərin də sayı bir o qədər yüksək olar.

Belə təhsil müəssisələrindən bir də Mingəçevir şəhərində yerləşən Ağdam rayon 47 saylı köçkün tam orta məktəbidir. Bu məktəbdə 250 şagird təhsil alır ki, onlarında təlim-tərbiyyəsi ilə 33 nəfərdən ibarət pedaqoji heyət məşğuldu. Məktəbin direktoru Zülfiyyə Zeynalovanın verdiyi məlumata görə məktəbin müəllimlərindən  Əliyeva Günay Əziz qızı, Talıbova Leyla İsmayıl qızı, Rüstəmova Roza Adəm qızı öz işlərini müasir tədris proqramlarına uyğun olaraq qururlar. 
Məktəbi bu il 21 nəfər 11-ci sinifi,  16 nəfər isə 9-cu sinfi bitirir. Ali məktəblərə keçirilmiş test imtahanlarının birinci mərhələsində məktəbin şagirdi Elgül Haqverdiyev 270 bal toplayıb. Direktor Zülfiyyə xanım Elgüllə yanaşı bir neçə məzunun yüksək balla arzularında olduqları universetlərə qəbul olunacağına inandığını qeyd etdi.
Təhsil sahəsini çox mükəmməl bilən təcrübəli təhsil işçilərindən olan Zülfiyyə Zeynalova bu məktəbə direktor təyin edildikdən sonra, məktəbin fəaliyyətində əsaslı dönüş yaranmışdı. Zülfiyyə xanımın bir pedaqoq kimi üstünlüyü ondadır ki, o, həmişə zəngin pedaqoji təcrübəsinə arxalanır. Buda keyfiyyətli tədrisə və yüksək tərbiyyəyə səbəb olur. Baxmayaraq ki, məktəb öz doğma rayonundan kənarda, Mingəçevir şəhərində köçkün şəraitində fəaliyyət göstərir, amma təhsilin keyfiyyətinə və göstəricilərinə görə, heç də yerli şəhər məktəblərindən geridə qalmır. Əksinə,rayon və respublikada fəaliyyət göstərən qabaqcıl məktəblər sırasındadır. Təhsil müəssisəsində nizam-intizam olduqca yüksəkdir. Əsas odur ki, müəllim-şagird, müəllim-valideyn arasında sıx əlaqə yaradılıb. Məktəbin şagirdləri vətənpərvərlik ruhunda tərbiyə alırlar. Direktorun gərgin əməyi sayəsində məktəbdə müəllimlərin dərs keçməsi və şagirdlərin təhsil alması üçün normal şərait yaradılıb. Bunun nəticəsində də şagirdlərin bilik səviyyəsi ilbə-il artır.
Məktəbin direktoru TehsilXeber.com-um əməkdaşı ilə söhbət əsnasında, 44 günlük Vətən savaşında müzəffər Ordumuzun zəfər qazanmasını və doğma Ağdam rayonunun düşmən işğalından azad edilməsinin qürur hissi ilə qeyd edərək, bu zəfəri bizlərə yaşadan Ordumuza və cənab Ali Baş Komandan İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından dərin təşəkkürünü bildirdi. Zülfiyyə Zeynalova sonda, doğma yurd yerimizə döncəyimiz günü səbrsizliklə gözlədiyini və Ağdamda siravi müəllim kimi də pedaqoji fəaliyyətinin davam etdirməyə hazır olduğunu qeyd etdi.






0 0

Oxşar xəbərlər