Ağdam köçkün məktəbində "Son zəng"
14-06-2021, 11:12
372

Ağdam köçkün məktəbində "Son zəng"

Bu gün ölkəmizin hər yerində olduğu kimi Ağdam rayon 110 saylı köçkün məktəbində də "Son zəng" tədbiri keçirilib.

Bərdə rayonunda fəaliyyət göstərən Ağdam rayon 110 saylı köçkün tam orta məktəbində Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun olaraq sosial məsafə gözlənilməklə açıq hava şəraitində məzunların "Son zəng" tədbiri keçirildi.
Tədbirdə məktəbin 2020-2021-ci tədris ilinin məzunları, məktəb rəhbərliyi və müəllimlər iştirak edib.
Məktəbin direktoru, tanınmış pedaqoq Cəmilə Qasımova çıxış edərək məzunları təbrik etmiş, onlara həyatın növbəti pilləsində uğurlar arzu etdi.
Qeyd edək ki, 28 il köçkünçülük şəraitində fəaliyyət göstərən 110 saylı məktəbi bu il 9 məzun bitirir ki, onların da 6 nəfəri ali məktəblərə sənəd verib.
"TehsilXeber" saytı olaraq, məzunları təbrik edir, onlara hansı peşənin sahibi olmalarından asılı olmayaraq, Vətənimiz və millətimiz üçün layiqli övlad olmalarını arzu edirik!








2 0

Oxşar xəbərlər